Ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölən polisin FOTOSU
Xəbər verdiyimiz kimi, bu gün Sumqayıtda mühafizə polisi əməkdaşı polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən silahından açılan atəş nəticəsində həlak olub.
“Unikal”ın əldə etdiyi məlumata görə, onun bir övladı var.
Qeyd edək ki, R.Mütəllimovun bir müddət öncə psixoloji problemlərdən əziyyət çəkdiyi üçün DİN-in Hospitalında müalicə aldığı bildirilir.
11:55
Azərbaycanda polis ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.
Belə ki, Sumqayıt Şəhər Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Rahib Mütəllimov xidmətdə olarkən ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində atəş açılıb.
Xəsarət almış R.Mütəllimov hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.