23 Dekabr 2024

Əhməd Cavadın ev muzeyinin yaradılmamasının səbəbi

“Əhməd Cavadin 130 illik yubileyinin qeyd olunması ilə bağlı təkliflər toplanır”.

media1.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ə.Cavadın nəticəsi babasının ev muzeyinin yaradılması üçün təkliflə nazirliyə müraciət edib: “Məsələ ilə bağlı şairin ailəsi ilə əlaqə saxlanılıb. Onun vaxtilə yaşadığı evlərin heç birinin üzərində ailə üzvlərinin mülkiyyət hüququnun olmadığı müəyyən olunub. Əhməd Cavadın 130 illik yubileyi ilə bağlı təkliflər toplanır. Tam yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, Ə.Cavad 1892-ci il mayın 5-i Şəmkir rayonu, Aşağı Seyfəli kədnində anadan olub. O, Azərbaycan Dövlət Himninin sözlərinin müəllifidir.

Xatırladaq ki, şairin nəticəsi Cavad Axunzadə Bakının İstiqlaliyyət küçəsində babasının ev muzeyinin yaradılması təklif edib.