19 Sentyabr 2024

Ege Universtitetinin professoru Afiq Bərdəli Bərdədə şəhidlərin xatirəsinə bulaq yaratdı- FOTOLAR

Aprelin 23- də Bərdədə daha bir bulağın açılışı ilə vətən uğrunda canından keçmiş 16 şəhidin xatirəsi əbədiləşdirilib.

Media1.az-ın xəbərinə görə Bərdə rayonunun Mustafaağalı, Arabaçılar, Qaradırnaq, Hüseynalılar,Hacılar kənd şəhidlərinin xatirəsinə ehtiram olaraq Bərdə- Mustafaağalı kənd yolunun kənarında möhtəşəm abidə kompleksi yaradılıb. Bulaq xatirə kompleksinin yaradılması Bərdə rayon Hüseynalılar kənd sakini, hazırda qardaş Türkiyə Respublikasının Ege Universtitetinin tibb professoru Afiq Bərdəli və qardaşı Hüseynalılar bələdiyyəsinin sədri İlqar Hüseynovun maliyyəsi və təşkilatçılığı ilə başa gəlib.

Xatirə bulağının açılışında Bərdə rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, Hüquq mühafizə orqanlarının , təhsil müəsisələrrinin rəhbər və vəzifəli şəxsləri , habelə bələdiyyə , yerli icra hakimiyyətinin nümayəndələri ,  şəhid ailələri, qazilər iştirak ediblər.

Əvvəlcə iştirakçılar şəhidlərin xatirəsinə yaradılmış kompleksin qarşısına gül dəstələri və əklillər qoyublar.

Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev giriş nitqi ilə çıxış edərək 44 günlük müharibə zamanı xalqımızın mətinliyindən , düşmənə qarşı birliyindən danışıb. Həmin günləri xatırlamaqla hadisələrin təhlilini aparıb. Ölkə başçısının apardığı siyasət sayəsində əldə olunan parlaq qələbədən danışıb. Bildirib ki, həmin günlər Bərdə dəfələrlə Ermənistan Respublikasının xain raket hücumlarına məruz qalıb.  Mülki insanlar şəhid olub. I və II Qarabağ müharibəsində fədəkarlıq göstərməklə Bərdə arxa cəbhə funksiyasını layiqincə yerinə yetirib. Vidadi İsayev şəhidlərin xatirəsinin daim uca tutulacağını, onların tarix  qarşısında xidmətlərinin əbədiyaşar olacağını vurğulayıb.

Çıxışın ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bərdə Cümə məscidinin axundu Hacı Ramazan  şəhidlərin ruhuna müqəddəs qurandan ayələr oxuyub.

Şəhidlərin xatirəsinə ucaldılan xatirə bulağının inşasını birbaşa həyata keçirən Afiq Bərdəli Türkiyədə 44 günlük vətən müharibəsini həyacanla izlədiyini bildirib. O günlərdə cəbhədəki itkilərimizdən , hərbçilərimizin həyatını itirməyinə təəssüfləniblər. Ancaq sonunda qazanılan möhtəşəm qələbəyə heyrətamiz şəkildə seviniblər. Afiq Bərdəli qeyd edib ki,  şəhidlərimizin qəhrəmanlığı sayəsində  uzun illərdən sonra xalqımız məğlubiyyət üzüntüsündən qurtulub. Bu gün şəhid və qazilərimizin sayəsində başımızı dik tuturuq. Şanlı qələbəmizə görə şəhidlərimizə və qazilərimizə borcluyuq.

Professor Afiq Bərdəli Ali Baş Komandan , Prezident İlham Əliyevi qətiyyətli lider, uzaqgörən siyaəstçi adlandırıb.   

Rəsmi çıxışlardan sonra söz məktəblilərin ifasında bədii hissəyə verilib. Mustafaağalı və Hüseynalılar kənd məktəblilərinin ifasında vətənpərvər mahnılar, şerlər səsləndirilib.

Musa Muradlı