Ədəbiyyat üzrə “Nobel” mükafatının qalibi məlum oldu
Ədəbiyyat üzrə “Nobel” mükafatı laureatı məlum olub.
Musavat.com xəbər verir ki, bu barədə Karolinska İnstitutunda Nobel Assambleyasının nümayəndələri onlayn yayım zamanı bildiriblər.
Cənubi Koreyadan olan yazıçı Han Kang ədəbiyyat üzrə 2024-cü ilin laureatı elan edilib. Nobel Komitəsinin bəyanatına görə, müəllif “tarixi travma ilə üzləşən və insan həyatının kövrəkliyini ifşa edən” intensiv poetik nəsrinə görə qalib gəlib.
Qeyd edək ki, yazıçı 27 noyabr 1970-ci ildə anadan olub. O, 2016-cı ildə bir qadının ruhi xəstəliyə düşməsi və ailəsinin laqeydliyi haqqında “The Vegetarian” romanına görə bədii ədəbiyyat üzrə Beynəlxalq Man Booker mükafatını qazanıb.
Roman həm də onun ingilis dilinə tərcümə edilən ilk kitablarından biridir. Han Kanqın eksperimental poetik üslubuna görə müasir nəsrdə yenilikçi olduğu da vurğulanır.
Ədəbiyyat üzrə “Nobel” mükafatı İsveç Kral Elmlər Akademiyası tərəfindən ədəbiyyat sahəsində əhəmiyyətli töhfələr verən müəlliflərə təqdim olunan illik mükafatdır. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyəti əsasında təsis edilmiş beş “Nobel” mükafatından biridir.
Mükafat Nobel Fondu tərəfindən idarə olunur və İsveç Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir.
Hər laureat bir medal, bir diplom və 1 milyon dollar pul mükafatı alır.
Şahanə Rəhimli
Müsavat.com