29 Mart 2024

Dünyanın ən güclü orduları BƏLLİ OLDU – Siyahıda TÜRKİYƏ də var

“Global Firepower” adlı internet saytı dövlətlərin müdafiə büdcələri, personal sayı, silah sənayesindəki texnoloji inkişaf, işçi qüvvəsi və nəqliyyat vasitələrinin sayı kimi meyarlar nəzərə alınmaqla hazırlanan 2023-cü il üçün siyahını dərc edib.

Media1.az xəbər verir ki, 297 min əsgəri olan İtaliya siyahıya 10-cu yerdə qərarlaşıb. Cəmi 197 tankı olan İtaliya dəniz gücü ilə ön plana çıxıb. İtaliya donanmasının 213 parçadan ibarət olduğu açıqlanıb.

Fransa toplam 850 təyyarəsi olan İtaliyadan bir pillə üst cərgəsindədir. 415 min əsgəri olan Fransa ordusunun inventarında 222 tank, 1000-dən çox təyyarənin olduğu bildirilir. Fransa ordusunun donanması 126 parçadan ibarətdir.

63b6aad24e3fe00a0002d424.jpg (87 KB)

Siyahıda 8-ci yerdə olan Yaponiyanın 309 min nəfərlik ordusu var. Yaponiya donanması 155 hissədən ibarətdir. 1451 təyyarəsi olan yapon ordusunun tanklarının sayı 1004-dür.

Yaponiyanı geridə qoyan Pakistan 1,7 milyonluq ordusu ilə diqqət çəkir. Pakistanın 1413 təyyarəsi və 3742 tankı var.

Siyahının 6-cı pilləsində qərarlaşan Cənubi Koreya ordusunun 1 milyon 130 min nəfərlik ordusu var. Ordunun inventarında 1602 təyyarə və 2331 tank mövcuddur. Cənubi Koreya donanması 157 hissədən ibarətdir.

63b6aaa84e3fe00a0002d420.jpg (102 KB)

Cənubi Koreyanı geridə qoyan İngiltərə ordusu 231 min nəfərdən ibarətdir. 663 təyyarəsi olan Britaniya ordusu 227 tank və 73 hissədən ibarət donanmaya malikdir.

Siyahıda 4-cü yerdə olan Hindistan böyük ordusu ilə diqqət çəkən ölkələrdəndir. 5 milyondan çox əsgəri olan ordunun inventarında 2210 təyyarə və 4614 tank var.

3-cü yerdə Çin 3 milyon 150 min nəfərlik orduya ev sahibliyi edir. 3284 təyyarəsi olan Çində tank sayı 5 minə yaxındır. Son məlumatlara görə, Çin Hərbi Dəniz Qüvvələri 730 hissədən ibarətdir.

63b6aaf54e3fe00a0002d426.jpg (88 KB)

Siyahıda ikinci yeri Ukraynada müharibəni davam etdirən Rusiya tutub. 1,3 milyon əsgərdən ibarət Rusiya ordusunun inventarında 4 mindən çox təyyarə, 12566 tank və 12 minə yaxın top olduğu açıqlanıb. Rusiya Hərbi Dəniz Qüvvələrində 598 gəmi var.

Siyahının başında gələn ölkə yenə ABŞ olub. 2 milyona yaxın əsgəri olan ordunun inventarına 5500 tank və 2500 top daxildir. ABŞ-ın hava qüvvələri 13300 təyyarə və helikopterdən ibarətdir. Donanma 484 hissədən ibarətdir.

Siyahıdakı yerini qoruyan Türkiyə 11-ci yerdə qərarlaşıb. 775 min əsgər ordusu olan Türkiyənin inventarında 1000-dən çox təyyarə, 2229 tank və 3 min silah var.

63b6ab2b4e3fe00a0002d42d.jpg (77 KB)

Türk donanmasının 154 parçadan ibarət olduğunu bildirən Global Firepower sualtı qayıq sayının 12 olduğunu açıqlayıb.

2023-cü il hesabatına görə, Türkiyə Yunanıstan, İspaniya, Misir, İran, İndoneziya və Polşa kimi ölkələri geridə qoyub.

Dünyanın ən zəif ordusu 145-ci yerdə olan Brutandır.