22 Dekabr 2024

Dövlət başçısı­nın uğurlu xarici siyasəti nəticəsin­də ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının–COP29-un gələn il respublikamızda reallaşması qərarını ölkəmizin növbəti böyük uğura imza atması, eyni zamanda, dünya ölkələrinin Azərbaycana bir daha böyük etimad və hörmət göstərməsi kimi dəyərləndirib.

Ölkə rəhbərinin müşavirədəki nitqində COP29-un indiyədək res­publikamızda keçirilən tədbirlərlə müqayisəyə gəlmədiyi, hətta Avro­pa Oyunlarından çox diqqət çəkə­cəyini diqqətə çatdırıb: “Həmin vaxt Azərbaycana 5 min idmançı və on­ları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkə­mizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.

COP29-un beynəlxalq önəmi ilə bağlı bəzi məqamlara diqqət yetirək. Əvvəlcə onu qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konven­siyasına Tərəflərin Konfransı COP Konvensiyanın ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın çox sayda hökumət nümayəndəsi COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alın­ması və fəsadlarının aradan qaldı­rılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Azərbaycanın COP-a evsahibliyi etməsinə etimad göstərilməsini bir sıra məqamlar şərtləndirir. Əvvəla, bu, Prezident İlham Əliyev tərəfin­dən aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yüksək sosial-iqtisadi inkişaf və möhkəm ictimai-siyasi sabitliyə nail olması ilə bağlıdır.

Dövlət başçısı­nın uğurlu xarici siyasəti nəticəsin­də ölkəmizin beynəlxalq səviyyədə nüfuzu günbəgün artmaqdadır. Azərbaycan son 4 il ərzində BMT-dən sonra ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı­na müvəffəqiyyətlə sədrlik edib və Prezident İlham Əliyev adıçəkilən müşavirədə bununla bağlı deyib: “Biz Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik edirik və bu­rada da bizim sədrliyimiz 120 ölkə­nin dəstəyi ilə mümkün olmuşdur, hətta sədrliyimiz bir il uzadılmışdır. Bu, artıq böyük bir göstərici idi. Dünyanın 120 ölkəsi Azərbaycana öz dəstəyini ifadə etmişdir. Bu dəfə isə bütün dünya ölkələri bu dəstəyi göstərmişdir”. Buna görə, ölkəmiz də iqlim dəyişikliyi ilə bağ­lı mühüm layihələr reallaşdırır.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini