17 Sentyabr 2024

Dörd ölkədən Türkiyəyə aviareyslər dayandırılıb

“Koronavirusun mutasiyaya uğrayaraq İngiltərədə yoluxma sürətinin artdığı bildirilib”.

APA-nın məlumatına görə, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsində yazıb.

O, 4 ölkədən Türkiyəyə uçuşların müvəqqəti dayandırılması ilə bağlı qərarın verildiyini bildirib:

“Prezidentimizin təlimatı, Nəqliyyat və İnfrastruktur Nazirliyimizin koordinasiyası ilə Britaniya, Danimarka, Hollandiya və Cənubi Afrikadan ölkəmizə olan uçuşların müvəqqəti dayandırılmasına qərar verilib”.