23 Dekabr 2024

Doğum günü olan müğənni: “Nazirlikdən zəng vurub…”

Bu gün tanınmış müğənni Akif İslamzadənin doğum günüdür.

76 yaşı tamam A.İslamzadə Bakupost.az-a açıqlamasında doğum gününü adi günlərdən bir az fərqli keçirdiyini bildirib.

O, bu gün bir çox dostlarından təbrik aldığını deyib: Həkim tap

“Dostlar təbrik edirlər, Mədəniyyət Nazirliyindən, redaksiyalardan zəng vurub təbrik etdilər. Hamısına təşəkkür edirəm, çox sağ olsunlar. Hazırda da qonaqlarım var”.

Qeyd edək ki, A.İslamzadə 1948-ci ilin avqustun 8-də Bakıda anadan olub.

İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub.

1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə 2023-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib.