08 Sentyabr 2024

“Dini-mənəvi dəyərlər və ondan faydalanma yolları”mövzusunda növbəti vebinar keçirilib

“Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsində qalib olmuş  Bakı şəhər Binəqədi rayonu 83 nömrəli məktəb-lisey, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı ilə birgə tərəfdaş olmaqla  “Milli düşüncəli, vətənpərvər ruhlu və vətəndaş mövqeyli şagird yetişdirək!”adlı layihəsini icra edir. Layihə çərçivəsində qarşıya qoyulan vəzifəyə uyğun olaraq vebinarların təşkili formasında milli mənəvi dəyərlərimiz gənclərlə müzakirə edilir.

Media1.az xəbər verir ki, dekabrın 29-da keçirilən növbəti 4-cü vebinarda “Dini-mənəvi dəyərlər və ondan faydalanma yolları” barədə ətraflı maraqlı, interaktiv onlayn diskusiya aparılıb.

Layihə rəhbəri Asif Əsgərli milli və mənəvi dəyərlərin təbliği istiqamətində  qarşıya qoyulan məqsədə uyğun gənclərlə məhsuldar fəaliyyətin həyata keçirildiyini bildirib. Ekspert Gülnarə Bağırova isə öz növbəsində gənclərlə davamlı olaraq milli mənəvi dəyərlərin təbliği , təhlili baxımından tədbirlərin həyata keçirilməsini faydalı hesab edib.

Vebinar təlimin məruzəçisi Dadaş Əhmədli “Dini-mənəvi dəyərlər və ondan faydalanma yolları” barədə danışaraq dinin xeyirli və zərərli tərəfini izah edib.

Onu da qeyd edək ki, vebinar təlimin sonunda iştirakçılara poçt vasitəsilə sertifikat, təlim materialları və kitabça göndərilməsi nəzərdə tutulub.