22 Dekabr 2024

DİN qadının əri tərəfindən işgəncələrə məruz qalması iddialarını araşdırır

DİN qadının əri tərəfindən işgəncələrə məruz qalması iddialarına münasibət bildirib

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı məlumatlıdır.

DİN-in Mətbuatı Xidmətindən “İki sahil”ə verilən məlumata görə, qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddialar araşdırılır.

Xatırladaq ki, sosial şəbəkələrdə Rəqsanə Qafarova adlı istifadəçi əri tərəfindən döyülərək işgəncələrə məruz qaldığını iddia edir. O, hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən izahatının alındığını, lakin hələ də heç bir tədbir görülmədiyini deyir.