19 Aprel 2024

DİN-in hərbçisi azad edilmiş ərazidə minaya düşdü

Daxili İşlər Nazirliyinin (DİN) hərbçisi işğaldan azad edilmiş ərazidə minaya düşüb.

Bu barədə Media1.az-a  DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, partlayış nəticəsində hərbçi xəsarət alıb.

Xəsarət alan hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.