22 Dekabr 2024

DİN-dən əhaliyə XƏBƏRDARLIQ – Diqqətli olun! – FOTO

Daxili İşlər Nazirliyi (DİN) mobil tətbiqlərlə bağlı əhaliyə müraciət edib.

DİN-dən Media1.az-a daxil olan müraciətdə qeyd olunur ki, cihazlara yüklənən tətbiqlərlə əlaqəli təhlükəsizlik tədbirlərinə laqeyd yanaşılmamalıdır:

“Şəxsi və bank kartı məlumatlarınızın güvənliliyini qorumaq üçün bu çox vacibdir. Tətbiqləri yükləyərkən nələrə diqqət etməlisiniz?

• Qeyri-rəsmi mənbələrdən tətbiqləri yükləməyin və cihazınızın parametrlərində qeyri-rəsmi (məlum olmayan) mənbələrdən quraşdırılmalara icazələri qeyri-aktiv edin;

• Yalnız rəsmi tətbiqlərdən istifadə edin və onları yalnız rəsmi mağazalardan (Google Play, App Store) yükləyin;
• Quraşdırdığınız tətbiqlərə və verdiyiniz icazələrə diqqət yetirin;

• Tətbiqin etibarlılığını araşdırın. Yalnız tətbiqə tam etibar etdiyiniz halda onu quraşdırın”.