08 Sentyabr 2024

Dietoloqdan arıqlamaq istəyənlərə MƏSLƏHƏT

Rusiyalı tanınmış dietoloq Yelena Kalen arıqlamaq istəyənlərə məsləhətlər verib.

Modern.az xəbər verir ki, dietoloq bildirib ki, artıq çəkidən azad olmaq üçün qızardılmış ət məhsullarından, pomidordan, badımcandan və konservləşdirilmiş turşulardan istifadə edilməməlidir. Buna səbəb isə həmin məhsulların tərkibində tiramin maddəsinin çox olmasıdır.

Bundan başqa, dietoloq xatırladıb ki, axşam saatlarında yağlı, şəkərli qidaların qəbulu da yolverilməzdir.