DÇ-2022-də üçüncülük mübarizəsi – Xorvatiya Mərakeşə qarşı

Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün 3-cü yerin qalibi bəlli olacaq.
Media1.az xəbər verir ki, Xorvatiya və Mərakeş yığmaları arasında baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, qarşılaşmanı Qətər Futbol Federasiyasından Əbdülrəhman Əl-Cassim idarə edəcək.
Yan xətt hakimləri Taleb Əl-Mari və Səud Əl-Maqali olacaqlar. Dördüncü hakim funksiyasını braziliyalı Rafael Klaus yerinə yetirəcək.
VAR sisteminə çilili Xuliyo Baskunyan nəzarət edəcək. Onun köməkçisi isə həmyerlisi Bruno Pires olacaq.