09 May 2025

Daha bir qadın keçmiş əri tərəfindən öldürüldü

Bakıda 40 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.

İyulun 15-də Binə qəsəbəsindəki fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun bıçaqla çoxsaylı xəsarətlər yetirməklə V.Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Arzuman Fazilov şübhəli şəxs qismində tutulub, istintaq tədbirləri davam etdirilir.