08 Sentyabr 2024

Daha bir məktəb koronavirusa görə bağlanıb

Məktəbin 9-cu sinif şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb. Media1.az-ın APA-ya istinadən məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək. 

Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif  şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi. 

Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi nəzərdə tutulub.