22 Dekabr 2024

Daha bir hərbçimizin şəhid xəbəri gəldi

Vətən müharibəsində itkin düşən Müddətdən Artıq Hərbi Qulluqçu, kiçik çavuş Anar Siyavuş oğlu Nurullayevin şəhid olduğu müəyyənləşib.

Bu barədə “Qafqazinfo”ya şəhidin əmisi Ziya Nurullayev məlumat verib. O qeyd edib ki, hərbçi sabah doğulduğu kənddə torpağa tapşırılacaq: “Bizə Müdafiə Nazirliyindən məlumat verilib ki, şəhidimizin nəşi bu gün Sabirabad rayonuna göndəriləcək. Sabah saat 14:00-da isə doğulduğu Osmanlı kəndində dəfn olunacaq”.

Z. Nurullayevin sözlərinə görə, qardaşı oğlu müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb. Şəhidin kimliyinin müəyyənləşdirilməsi üçün ailəsindən DNT analizi götürülmüşdü.

Qeyd edək ki, Anar Nurullayev 2001-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində dünyaya gəlib.