20 İyul 2024

Dağıstanda öldürülən polislərin sayı 5-ə çatdı: Mahacqalada döyüş gedir -YENİLƏNİB

Rusiyanın Dərbənd və Mahacqala şəhərlərində kilsə və sinaqoqa hücum edən naməlum şəxslərin açdığı atəş nəticəsində 5 polis əməkdaşı öldürülüb.

Rusiya telegram kanalları hazırda hər iki şəhərdə təhlükəsizlik qüvvələrinin ayağa qaldırıldığını, Mahacqalada hərbi toqquşmaların baş verdiyini yazırlar.

Kilsə və sinaqoqa hücum edənlərdən 2 nəfəri məhv edilib. Bu barədə Baza telegram kanalı məlumat və video yayıb. Videoda asfaltın üzərində iki qara paltarlı şəxsin meyiti görünür.

Rusiya DİN Volkswagen Polo avtomobili ilə hadisə yerindən qaçan şəxslərin axtarışlarının davam etdiyinə dair məlumat yayıb.

Bəzi Telegram kanalları ölənlərin sayının daha çox olduğunu deyirlər.

Dərbənddə hücuma məruz qalan sinaqoqda güclü yanğın başlayıb.

Rusiya DİN Mahacqalanın Maqomedhacıyev küçəsində döyüş getdiyini açıqlayaraq, vətəndaşları o ərazidən uzaqlaşmağa çağırıb.