Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir
20 noyabr Ağdam şəhəri günü ilə əlaqədar.
44 günlük Vətən Müharibəsi 27 sentyabrda başlandı və 8 noyabr Şuşanın azad edilməsi ilə başa çatdı. Bu qələbə Azərbaycana ZƏFƏR bayramını yaşatdı. 10 noyabr 2020 ci ildə Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli müqaviləni imzaladılar. Bu üçtərəfli müqavilə əslində Ermənistanın kapitulyasiyası idi. Müqaviləyə əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycan tərəfinə döyüşsüz təslim edilirdi. Bu müqavilədə göstərilirdi ki, Ağdam rayonu 20 noyabrda Azərbaycan tərəfinə döyüşsüz təslim ediləcək. Bir tərəfdən bu akt bizim üçün də sərfəli idi. Çünki Ağdam şəhəri və işğal altında olan kəndlər mina ilə təhlükə yaradırdı. Hücum edən tərəf biz idik və çoxlu itki verəcəkdik.
20 noyabrda Ağdamın döyüşsüz təslim edilməsi düşmən tərəfə də sərfəli idi. Çünki erməni hərbi birləşmələrinin Ağdam ərazisində yeraltı tunellərdə çoxlu sayda qoşunları vardı və həmin əsgərlərin mühasirədən çıxmaq ehtimalı sıfra bərabər idi. Beləliklə Azərbaycan prezidenti üçtərəfli müqaviləni imzalamaqla çoxlu hərbiçimizin həyatını xilas etdi.
Ağdam işğaldan əvvəl də gözəl şəhər idi. Ağdamı Qarabağın bəy otağı adlandırırdılar. Lakin işğal nəticəsində Ağdam düşmən tərəfdən elə viran edildi ki, onu “Qafqazın Xirosiması” adlandırırdılar. Layihəyə əsasən Ağdam yenidən qurulacaq, Qarabağın mərkəzinə çevriləcək. Gözlərin aydın olsun, Qarabağın Ağdamı, Gözlərin aydın olsun, Azərbaycan. QARABAĞ AZƏRBAYCANDIR!
Emilya Abdullayeva
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı
