23 Dekabr 2024

Dadlarına baxmaq üçün sərvət ödəmək lazımdır – Dünyanın ən bahalı qidaları

İribuynuzlu heyvanlardan alınan xüsusi ət üçün onları hərəkətsiz saxlayır, xüsusi hazırlanmış pivə ilə bəsləyirlər …

Elə qidalar var ki, onları yemək üçün kiçik bir sərvət qurban verməlisən.

Dünyanın ən bahalı qidalarını sizlərə təqdim edirik.

İlk öncə siyahımıza daha çox bilinən, bahalı qidalar ilə başlayaq.

“Beluqa” kürüsü

Beluqa balığının yumurtalarından alınan Beluqa kürüsünüb ortalama qiyməti 5-7 min manat arasındadır. Kürünün baha olmasının əsas səbəbi beluqa balığının yumurtalarını 12 il müddətində istehsal etməsi və çox nadir olmasıdır.

Die Welt der Gewürze: Safran das ungewöhnlichste Gewürz der Welt -  Ludwigshafen

Zəfəran

Zəfəranın becərilməsi 3 min il öncəyə gedib çıxır. Zəfəran Hindistan ədviyyatı kimi tanınansa da, bu bitki əsasən İranda, İspaniyanın cənubunda və Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Meksikada, Türkiyədə, Fransada, Misirdə, Əfqanıstanda və Çində becərilir.

Müxtəlif zəfəran növləri vardır ki, bunlar da ölkəmizdə mövcuddur. Yunan, Asiya, İran və fars mətbəxində yer tapan keyfiyyətli zəfəranın kilosu ortalama 800-1000 manat arasındadır.

Zəfəran ədviyyatının bu qədər baha olmasının səbəbi, onun tamamilə əl işi olması və yarım kilo zəfəran ədvası üçün demək olar ki, 80 min zəfəran çiçəyindən istifadə edilməsidir. Ayrıca olaraq onu da qeyd edək ki, zəfəran xərçəng xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitələrdəndir.

https://www.prothomalo.com/bangladesh/capital/সিএনজি-অটোরিকশা-নিয়ে-যেভাবে-চলছিল-ছিনতাই  https://images.prothomalo.com/prothomalo-bangla/2020-08/18258019-f38b-4832-915d-355f604c8740/asad_sheikh.jpg  ...

Kobe mal əti

Əti ləzzətli edən onun yağlılığıdır və bu ətin xüsusiyyəti dünyanın ən yağlı əti olmasıdır. Yaponiyada Vaqyu əyalətində yetişdirilən iribuynuzlu heyvanlardan alınan ət üçün onları hərəkətsiz saxlayır və xüsusi hazırlanmış pivə ilə bəsləyirlər. Bundan əlavə, heyvanın bədəninə yağın bərabər şəkildə yayılması üçün xüsusi masajlar edilir. Kobe mal ətinin kilosu 1500 dollardır.

Ağ Trüf göbələyi

İtaliya və Fransada üstünlük verilən məşhur aşpazların istifadə etdiyi ağ trüfün qiyməti 7-10 min manat arasında dəyişir. Bu qədər baha olmasının səbəbi böyüməsinin çətin olması və nadir tapılmasıdır. Ağ Trüf göbələyi yer altında 6-10 sm dərinlikdə böyüyür. Bəzən göbələyin üst hissəsi torpağı qaldırır və nəticədə çatlar əmələ gələn kiçik bir təpə ilə nəticələnir. Təbii mühitdə göbələk Avropada böyüyür. Ən böyük yayılma sahəsi Fransa, İsveçrə və İtaliya ərazisinə düşür. Rusiyann bir neçə şəhərlərində də bu göbələyi tapmaq mümkündür.

5 Buah dengan Kandungan Air Tinggi yang Bantu Tubuh Tetap Terhidrasi -  Semua Halaman - CewekBanget

Yubari yemişi

Yaponiyaya məxsus bu meyvə olduqca ləzzətlidir. Adətən cüt halında satılan yemiş qiymətli əşya kimi də hədiyyə edilir. Vulkanik torpaqda yetişdiyi üçün dünyanın ən ləzzətli və sulu yemişi olan Yubari yemişi 26 min dollara satılır. Yubari şəhərində xüsusi sirli üsulla yetişdirilən bu yemişə “Kral Yubari” də deyilir, öz naxışlarına görə qədim farfor vazaları xatırladan Yubari həm də ideal yumru formaya da malikdir. Bir neçə dadın sintezi (şirin, acı, zərif) və nadir tapılması onu dünyanın ən bahalı meyvələrindən biri edir.

کمیاب ترین خوراکی های دنیا

Densuke qarpızı

Bu qarpız da Yaponiyaya aid bir meyvədir. Digər qarpızlardan fərqi əlbəttə ki, qiymətində və dadındadır. Dünyada yalnız Yaponiyanın Hokkaydo adasında yetişən bu qara qarpızlardan ildə sadəcə 10.000 ədəd yetişdirilir. İnanılmaz dərəcədə sulu və ləzzətli olan bu qarpızın qiyməti isə 6300 dollardır.

Matsutake Season Opens In Oregon - OPB

Matsutake göbələyi

Bu göbələklərdən birinin qiyməti 100-1000 dollar arasındadır. Göbələklərin kralı kimi tanınan bu göbələyin adi gündəlik məişətdə istifadə etdiyimiz göbələklərdən daha çətin şərtlərlə yetişdirilməsidir. Bundan əlavə, bu göbələklərin toplandığı yerdən bir daha yenisinin çıxma ehtimalı yoxdur. Bu göbəlyin immun sisteminin gücləndirilməsində də çox faydalı olduğu bilinir. Mütəmadi istifadə edildiyi zaman ən təhlükəli xərçəng xəstəliyi növlərinin belə qarşısını ala biləcəyinə inanılır.

Sai qual è il caffè più buono e più caro al mondo? Ecco cosa lo rende così  straordinario. - Viaggiare al Verde

Kopi Luvak qəhvəsi

Dünyanın ən bahalı qəhvəsi Cənubi Asiyada yaşayan “kopi luwak” pişiyinin nəcisindən əldə edilir. Kilosu 1200 dollara olan bu qəhvə Asiyada yaşayan xüsusi bir pişik cinsinin(kopi luwak) nəcisindən hazırlanır. Əvvəlcə bu qəhvənin dənələrini pişiyin yeməyinə qatırlar, daha sonra pişiyin nəcisindən həmin dənələri seçib, təmizləyirlər və üyüdürlər. Bu qəribə üsullarla əldə edilən qəhvə “dünyanın ən dadlı” qəhvəsi adlanıdırılır.

Knipschildt's La Madeline au Truffe was recognized by Forbes Magazine as  the most expensive chocolat… | Expensive chocolate, Most expensive food,  Chocolate truffles

“Le Madeline au Truffle” şokoladı

Danimarkalı aşpaz Fritz Knipschildt tərəfindən hazırlanan “Le Madeline au Truffle” şokolad növünün kilosu 4 min dollara satılır və saxlanma müddəti 1 həftədir. Bu şokolad zənginlərib ən sevdiyi şokolad növü hesab olunur.

Dünyanın Ən Bahalı 10 Meyvəsi

Durian meyvəsi

Malayziya və İndoneziyada yetişdirilir və Durians olaraq da adlandırılır. Meyvələrin kralı adlandırılan bu meyvənin qabığı kəskin olur, ancaq buna baxmayaraq dadı dillər əzbəridir. Durianın 1 ədədi 200 dollar civarındadır.

Turan Oruc
Musavat.com