Cozef Bayden ABŞ-da 5 günlük matəm elan etdi
ABŞ prezidenti Cozef Bayden Birləşmiş Ştatlarda koronavirus qurbanlarının sayının 500 minə çatması ilə əlaqədar ölkədə matəm elan edib.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Cen Psaki bildirib.
Onun sözlərinə görə, ölkədə bayraqlar 5 günlük endiriləcək. Müxtəlif qurumların statistikasına əsasən ABŞ-da koronavirus qurbanlarının sayı 500 min nəfərə çatıb.
TMZ nəşri bildirib ki, Birləşmiş Ştatların İkinci Dünya, Vyetnam və Koreya müharibələrindəki itkilərinin sayından çoxdur. Nəşrin iddiasına görə, İkinci Dünya müharibəsində 291 min amerikalı həlak olub. Daha 47 434 Amerika hərbçisi Vyetnamdakı müharibənin qurbanına çevrilib. Birləşmiş Ştatlar eləcə də Koreya müharibəsində 33 739 əsgər və zabitini itirib.
Lakin pandemiya itkilərinin hələ yaxın günlərdə 500 min nəfərə çatacağını bildirən qurumlar da var.
Daha əvvəl Ağ Ev rəhbəri bildirib ki, ABŞ-da koronavirusdan ölən insanların ümumi sayı yaxın günlərdə 500 min nəfəri keçəcək. “Bir neçə gün sonra 500 000 sayı keçəcəyik. Bu, İkinci Dünya Müharibəsində öldürülən amerikalıların sayından təxminən 70 000 çoxdur”, – ABŞ rəhbəri deyib.