24 Dekabr 2024

Çoban Tovuzda tək qalan müəllimi zorladı – Gecəyarısı təcavüz

Tovuz rayonunda qadına təcavüzdə ittiham olunan 1994-cü il təvəllüdlü Orxan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Media1. az “teleqraf.com”a istinadən xəbər verir ki, Orxan Əhmədov 2019-cu ilin oktyarında Tovuz rayonu Məlik Yusifov adına Məşədivəlilər kənd tam orta məktəbində tarix müəlliməsi işləyən, 1969-cu il təvəllüdlü Səbinə Babayevanın (ad və soyad şərti verilib – red.) tək yaşadığını müəyyən edib.

O, cinsi ehtirasını Səbinə Babayevanı zorlamaqla ödəmək qərarına gəlib.

Gecəyarısı təcavüz

Orxan Əhmədov 2019-cu il tarixdə gecə saat 1 radələrində Səbinə Babayevanın yaşadığı ünvana gəlib və məftil parçası ilə qapının cəftəsini açaraq evə daxil olub.

O, Səbinə Babayevanın yatdığı çarpayıya yaxınlaşaraq səs-küy salmasının, ətrafdakıları köməyə çağırmasının və müqavimət göstərməsinin qarşısını almaqdan ötrü fiziki zor tətbiq edib, əli ilə boğaz nahiyəsindən sıxıb, zorla cinsi əlaqədə olmaq niyyəti ilə bədəni üzərində oturub.

Daha sonra onu öldürməklə hədələyib, müqavimətini qırıb və onunla cinsi əlaqədə olub.

Sonnda qadına məxsus çantadakı 646 manat pulu götürüb və oranı tərk edib.

İstintaq orqanı tərəfindən Orxan Əhmədovun barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 180.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunuçulq törətmək) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə ittiham elan edilib.

Məktəbə getmədi, çobanlıq etdi

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Orxan Əhmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, uşaq yaşlarından məktəbə getməyib:

“Təxminən 10 yaşlarında bir nəfər tanımadığım qonşu kənddən olan ağsaqqal kişi məni Bəhram adlı şəxsin heyvanlarına baxmaq üçün Ceyrançöl qış otlaq sahəsinə göndərdi, bu işə görə mənə pul verəcəklərini dedi.

Təxminən 1 il həmin yataqda qaldıqdan sonra Ceyrançöl tərəfdən dövlət sərhədini qeyri-rəsmi keçərək Gürcüstana getdim. Orada başqa-başqa adamların heyvanlarına baxmağa başladım.

Gürcüstanda dağda olan vaxtları Bəhramı orada gördüm. Sonradan isə onun heyvanlarına baxdım.

Təxminən 1 il Bəhramın heyvanlarına baxdıqdan sonra aramızda söz-söhbət olduğu üçün onunla aralandım”.

“İş güc sahibi olmaq qərarına gəldim”

Orxan Əhmədovun sözlərinə görə, Gürcüstanda olan vaxtları müxtəlif adamların heyvanlarına baxıb:

“Son bir il ərzində 2019-cu ilin yay aylarına qədər Gürcüstanın Qaraçöp kəndində Əzəlxan adlı şəxsin heyvanlarına baxdım. Yayda heyvanları yaylağa apardıqları üçün pulla bağlı Əzəlxanla razılaşa bilmədiyim üçün ondan aralandım. Sonra bir nəfər gürcü vətəndaşının heyvanlarına baxmağa başladım.

Təxminən 4 aydan artıq, yəni 2019-cu ilin avqust ayının ortalarına qədər çobanlıq etdikdən sonra 2 aya yaxın işsiz qaldım. Bundan sonra sənədlərim olmadığı və Gürcüstanda işsiz qaldığım üçün yenidən Azərbaycana qayıtdım, sənədlərimi düzəltdirərək həqiqi hərbi xidmətə getdim.

Xidmətdən qayıtdıqdan sonra bir iş-güc sahibi olmaq qərarına gəldim”.

“Sərhədi gizli keçdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, 10-15 il çobanlıq etdiyi üçün Ceyrançöl otlaq sahəsini yaxşı tanıyıb və həmin yerlərə bələd olub: “Sərhəddə yerləşən Ceyrançöl qış otlaq sahəsi tərəfdən qeyri-rəsmi, gizlincə keçərək Gürcüstanda yenidən çobanlıq etdim. Sərhədi keçdiyim ərazi dağlıq-dərəlik olduğu üçün sərhəd naryadlarının hərəkətini izlədim.

Onlar xidmətdən geri qayıtdıqdan və keçdiyi ərazidən uzaqlaşdıqdan sonra sərhədi keçərək Azərbaycana gəldim.

1 saata yaxın Ceyrançöl ərazisi ilə hərəkət etdikdən sonra qarşıma bir nəfər tanımadığım şəxs çıxdı. Həmin adamdan Tovuz rayonuna gedən istiqaməti soruşdum. Tanımadığım avtomobilə minərək Tovuz rayonuna gəldim.

Tovuz rayonunda yaşayan qohumlarımın evində və Həsənli sovetliyinə daxil olan Məşədivəlilər kəndində ata evimdə yaşadım”.

“Tək yaşadığını öyrəndim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Gürcüstandandan gəldikdən sonra uşaqlıqdan tanıdığı Səbinə müəlliməni kənddə 2-3 dəfə görüb və onunla hal-əhval tutub:

“Səbinə məndən haralarda olduğumu soruçdu. Ona illərdir Gürcüstanda yaşadığımı dedim. Bir dəfə də Səbinə müəlliməni icra nümayəndəliyinin yaxınlığında gördüm. Onun mənim ata evimin qonşuluğunda, rəhmətlik Məleykə arvadın evində tək yaşadığını bildim.

Həmin ərəfədə əmim oğlu Vüsalın ailəsi yas yerinə getmişdi. Mən də çimdim, paltarlarımı geyindim, qonşu uşaqlarla məktəbin yanına yollnadım. Məktəbin yanında yemək yeyib, içki içdik”.

“İstəyimi bildirdim, razılaşdı…”

Orxan Əhmədov qeyd edib ki, əmisi evində qaldığına görə gecə içkili vəziyyətdə ora qayıtmayıb:

“Gec olduğu üçün əmimgilin yaşadığı evə yox, Məşədivəlilər kəndində yerləşən ata evinə getdim. Yolda içkili olduğum üçün qonşuluqda tək yaşayan Səbinə müəllimənin evinə yönəldim. Səbinənin yaşadığı evə çataraq içəri girdim.

Səbinə müəllimə məni gördü, uzandığı çarpayıdan qalxaraq kim olduğumu soruşdu. Mən də ona Orxan olduğumu bildirdim. Sonra biz birlikdə oturaraq söhbət etməyə başladıq. Səbinə məndən nə məqsədlə evinə girdiyimi soruşdu. Onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim.

Səbinə əvvəlcə razılaşmadı, sonra isə mənimlə cinsi əlaqədə olmağa razılıq verdi. Səbinənin yatdığı çarpayıda onunla cinsi əlaqədə oldum”.

“Oğurluq etmək istəyərkən tutuldum”

Orxan Əhmədov bildirib ki, təxminən yarım saat sonra ikinci dəfə yenidən onunla cinsi əlaqədə olub: “Səbinə müəllimə ilə cinsi əlaqədə olandan sonra əlini telefonuna apardı. Ona bildirim ki, kiməsə zəng vurmaq istəyirsənsə, al mənim telefonumla zəng et. Telefonumu masanın üzərinə qoyaraq getdim.

Daha sonra avtovağzala yollandım. Tanımadığım bir şəxsə mənə ev lazım olduğunu dedim. O da məni bir evə apardı və oktyabr ayının 30-na kimi həmin evdə kirayə qaldıqdan sonra işləmək üçün Bakı şəhərinə getdim.

Bakı şəhərində 5-6 gün kirayədə qaldım, fəhlə işlədim. Noyabr ayının 4-də Novxanı deyilən yerdə mağazadan oğurluq etmək istəyərkən tutuldum”.

Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirib ki, Səbinənin evində çantadan pul götürməyib:

“Səbinə ilə könüllü razılığı ilə cinsi əlaqədə olmuşam. Səbinə mənim əlimi dişləməyib. Həmçinin çarpayıda olan qan ləkələri barədə heç bir məlumatım yoxdur”.

“1 ay dərs demişəm”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinə Babayeva bildirib ki, 20 ilə yaxındır həyat yoldaşından boşanıb: “2006-cı ildən hazırki dövrədək Məlik Yusifov adına Məşədivəlilər kənd tam orta məktəbində tarix müəlliməsi vəzifəsində işləyirəm, dərs günləri ilə əlaqədar həftənin 2-ci günü Məşədivəlilər kəndinə gedib, həftənin 5-ci günü isə atamın evinə, Yuxarı Öysüzlü kəndinə qayıdıram. Məşədivəlilər kəndində rəhmətlik Məleykə nənənin evində kirayədə yaşayıram.

Məşədivəlilər kənd sakini Orxan Əhmədovu əvvəllər də tanımışam. Uşaq yaşlarında mənim şagirdim olub.

Bildiyimə görə, Orxan 1994-cü ildə anadan olub, 5-ci sinifdə oxuyanda təxminən 1 ay ona dərs demişəm. Sonradan Orxan məktəbə gəlməyib.

Orxanın atası vəfat edib, anası isə onları tərk edərək harasa gedib. Orxana atasının əmisi uşaqları baxıb”.

“Onlardan qorxmuşdum”

Səbinə Babayevanın sözlərinə görə, 2019-cu ilin oktyabr ayının ortalarında kənd camaatından Orxanın kəndə qayıtdığını eşidib:

“İş yoldaşım Şəmşirgildə olanda əvvəldən də kənd sakini kimi tanıdığmı Asəf adlı oğlanın yol tərəfdən səsini eşitdim. Onun telefonu ilə anamgilə zəng etmək üçün Asəfin yanına gedəndə Orxanı gördüm. Hal-əhval tutduqdan sonra Asəfdən telefonunu aldım və anamgilə zəng etdim, sonra Şəmşirgilə qayıtdım.

Orxan mənə əmi düşən Qoşqar adlı şəxsgildə qalırdı. Həmin gündən 3-4 gün sonra Orxanı yenidən Qoşqarın bacısı evində gördüm. Orada odun doğrayırdı. Orxangil özləri 3 qardaş olub, hamısı orda-burda böyüyüb. Onların barəsində xoşəgəlməz söz-söhbətlər eşitmişdim. Ona görə onlardan qorxmuşam”.

“Məni öldürəcəyini dedi”

Səbinə Babayeva daha sonra Orxan Əhmədovun onun qaldığı evə girməsindən danışıb: “Çarpayıda yatan zaman gecə saatlarında qəfildən arxa tərəfdən kimsə dirsəyi ilə boğazımdan sıxdı. Geri baxdıqda həmin adamın Orxan olduğunu gördüm. Əlində alışqan tutmuşdu. Alışqanın fanarının işığını sifətimə tutdu. Əli ilə ağzımdan yapışdı, qışqırmamağımı, qışqıracağım halda məni öldürəcəyini dedi.

Ondan bərk qorxdum. Əlimlə sinəsindən itələdim. Dedim, Orxan yazığam, məni burax, sən də yazıqsan, tutulacaqsan. Sonra sumkamda 646 manat pul olduğunu, pulumu və kartımı götürüb gedə biləcəyini dedim. Məni öldürməməyi xahiş etdim.

Lakin Orxan məndən əl çəkmədi. Üzərimdən yorğanı çəkəndə mənimlə cinsi əlaqədə olmaq istədiyini başa düşdüm”.

“Dedi ki, mənim anam yoxdur”

Zərərçəkmişin ifadəsinə görə, həmin vaxt Orxan onun namusunu ləkələməsin deyə dayanmadan qışqırmağa başlayıb:

“Orxan əli ilə ağzımı tutdu, qışqıracağım halda məni öldürəcəyini dedi. Onun əlindən dişlədim. Dedim ki, sən ananın canı, sən atanın goru, mənə toxunma, mən də sənin anan, mən müəlliməyəm, mənə əl dəymə. Orxan dedi ki, mənim anam yoxdur.

Sonra Orxana “çıx get, səndən şikayət etəməyəcəm, ancaq bircə mənə toxunma, mənim namusumu ləkələmə” deyib yalvarmağıma baxmayaraq xeyri olmadı. Bir müddət Orxanla əlbəyaxa oldum.

Namusuma xələl gətirməsin deyə ona qəsdən yalandan “Orxan mən oğlan-qızam, sənə yalvarıram, eləmə” dedim. Buna baxmayaraq zorla mənimlə cinsi əlaqədə oldu”.

“Mənə “arxanı divara döndər, yorğanı da başına at” dedi”

Səbinə Babayevanın sözlərinə görə, Orxan onunla cinsi əlaqədə olduqdan sonra stolun üstündə olan sumkasından pulları axtarmağa başlayıb:

“Sumkadan 640 manat bir, 6 manat da bir pul tapdı. Pulları şalvarının cibinə qoydu. Sonra mənə “arxanı divara döndər, yorğanı da başına at” dedikdə onun nəyə görə belə dediyini başa düşə bilmədim.

Ancaq təkidlə mənə “üzünü divara tərəf çevir, yoxsa səni öldürəcəm” dedikdə qorxumdan bir söz deyə bilmədim. Gözlərimi yumaraq üzümü divara tərəf çevirdim. Sonra ayaq səslərini eşitdim. Baxanda Orxanın əyninə kurtka geyinib getdiyini gördüm.

Orxan çıxan kimi tez qapını arxadan bağlayaraq yerimə uzandım, yorğanın altında birinci Əlixan müəllimə zəng elədim və ona Orxanın gəliərək məni zorladığını, köməyə gəlməsini xahiş etdim. Sonra isə qardaşıma və Daxili İşlər Nazirliyinin 102-xidmətinə zəng etdim. Bu barədə məlumat verdim”.

Bu cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Orxan Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.