Çində kimya zavodundakı partlayışda bir nəfər ölüb, iki nəfər itkin düşüb
Çinin şimal-şərqində yerləşən kimya zavodunda güclü partlayış baş verib.
APA-nın Ria Novosti-yə istinadən xəbərinə görə, hadisə gecə saatlarında Anta şəhərindəki zavodda qeydə alınıb. Partlayış nəticəsində baş verən yanğının səhər saatlarında söndürüldüyü bildirilir.
Hadisə nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb, iki nəfər isə itkin düşüb.
Hazırda Ekologiya Nazirliyinin nümayəndələri ərazidə təhlükəli maddələrlə çirklənmə ehtimalını yoxlayır, hadisənin səbəbləri araşdırılır.