14 Aprel 2025

Ceyhun İsmayılzadə YAP-ın Tərtər mədəniyyət təşkilatına sədr seçilib

YAP Tərtər rayon Mədəniyyət təşkilatına sədr seçkisi olub.

Media1.az-ın xəbərinə görə, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə Mədəniyyət İdarəsi ərazi partiya təşkilatına sədr seçilib.

Bu barədə Ceyhun İsmayılzadə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb. Mədəniyyət İdarəsi ərazi partiya təşkilatının sədri seçilən Ceyhun İsmayılzadə göstərilən etimada görə, seçicilərinə təşəkkürünü bildirib. Qeyd edib ki, Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan, Müzəffər Ali Baş Komandanın Sədri olduğu Yeni Azərbaycan Partiyasında istənilən vəzifəni daşımaq və fəaliyyət göstərmək qürurvericidir.

Musa Muradlı- Media1.az