Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib.
Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter”də bildirib.
“Səfər çərçivəsində Azərbaycan – Pakistan – Türkiyə XİN başçılarının ikinci üçtərəfli görüşü və həmçinin Pakistan rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək”, Leyla Abdullayeva qeyd edib.