23 Noyabr 2024

Ceyhun Bayramov Brüsselə yola düşüb

Xarici İşlər Nazirliyi məlumat yayıb

 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasında iştirak etmək məqsədilə Brüssel şəhərinə yola düşüb.

Media1.az  məlumatı Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən əldə edib .

Səfər çərçivəsində Ceyhun Bayramovun Avropa İttifaqı, eləcə də Belçika Krallığının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.