25 Sentyabr 2022

Ceyhun Bayramov ABŞ-a səfərə gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Bu barədə Media1.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlər keçirəcək.