08 Sentyabr 2024

Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir

Şuşada iyulun 20-də öz işinə başlayan və üç gün davam edən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” Forumu başa çatıb.

Prezident İlham Əliyevin iştirak etdiyi Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya keçirilib. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar.

Eyni zamanda, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.

Media sektorunu təmsil edən nümayəndələrimiz var, onlar da öz əllərindən gələni edirlər ki, cəmiyyəti məlumatlandırsınlar. Əlbəttə ki, bu baxımdan hər bir şəxs öz peşəsinə böyük sədaqətlə yanaşır. Birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir.

Azərbaycanın uzun illər işğala məruz qaldığını, lakin xarici medianın onu başqa tərəfdən göstərmişdir. Bəzi xarici media orqanları bildirirdi ki, guya biz Ermənistana qarşı cinayət törətmişik, işğala məruz qalan onlardır. Lakin biz ciddi cəhdlə təkzib vasitələrini işə salmışdıq. Rəsmi bəyanatlar və mətbuat konfransları vasitəsilə düzgün məlumatı və həqiqəti dünyaya çatdırırdıq. Bizim media bu işdə çox böyük rol oynayıb. Azərbaycan dövlətinin bugünkü inkişafı həm regionda, həm qlobal məkanda oynadığı əhəmiyyətli rol, önümüzdəki böyük milli hədəflər, mətbuatımız qarşısında da yeni vəzifələr qoyur.

Canpolad Yusifov

YAP Ağstafa rayon təşkilatının sədr müavini