23 Dekabr 2024

Cəlilabadda ustanı elektrik cərəyanı vuraraq öldürdü

Biləsuvar sakini Cəlilabadda bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1989-cu il təvəllüdlü Orucov Ceyhun Cəlilabad rayonunda usta işlədiyi evdə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.