Çavuşoğlu: “Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək”
![](https://media1.az/wp-content/uploads/2023/02/9PIDseMSXAyQ9kY2wrczjsqz87c5gFGB4V2ARHOh.jpg)
“Ermənistan dar gündə bizə dostluq əli uzatdı”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu erməni həmkarı Ararat Mirzoyanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Cənubi Qafqazdakı normallaşma prosesi davam edir:
“Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması regionda sülhə töhfə verəcək”.
Çavuşoğlunun sözlərinə görə, Ermənistanla quru yollarının açılması məsələsi gündəmdədir:
“Bu gün bu barədə də danışdıq”.