Buta körpələr evi – uşaq bağçasının rəhbərliyi Butaçı fidanlarla birgə Hərb Tarixi Muzeyində olublar – FOTO

“Buta körpələr evi – uşaq bağçasının təməl prinsipləri yetişməkdə olan Azərbaycan nəslini vətənpərvərlik ruhunda böyütmək, dövlətə bağlılıq, xalqa dəyər hisslərini aşılamaqdır.”- deyən Buta körpələr evi – uşaq bağçasının rəhbəri Günay Ağamalı Media1.az– a bildirib ki, buna görə də vaxtaşırı uşaqlar muzeylərə aparılır, onlara tarixi məlumatlar aşılanır.
Muzeylərlə tanışlıq ənənəsinə sadiq qalan butaçılar bu dəfə Hərb Tarixi Muzeyinə baş çəkiblər. 14 Oktyabr 2021-ci ildə Buta körpələr evi – uşaq bağçasının rəhbəri Günay Ağamalı, Butaçı tərbiyəçilər və Butaçı fidanlar Hərb Tarixi Muzeyində olublar.
Uşaqlar muzeyi çox böyük maraq və coşqu ilə seyr ediblər.









