22 Dekabr 2024

Bu tarixlərdə güclü geomaqnit qasırğası gözlənilir

Günəşin səthində ləkələrin sayı azalıb, hazırda 2 aktiv ləkə qrupu müşahidə olunur, aktiv ləkələrin sayı 52-dir.

Bu barədə Media1.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, həftə ərzində orta ölçülü tac dəliyi qeyd olunsa da, hal-hazırda Günəşin səthində tac dəliyi müşahidə olunmur.

Geomaqnit sahəsi sakit-aktiv fazalarda olub, hazırda isə qeyri-sabitdir.

Geomaqnit sahəsinin də müsbət qütblü CH HSS və CME-nin təsiri nəticəsində 10-12 aprel tarixlərində aktivləşəcəyi, həmçinin 16-18 apreldə də geomaqnit sahəsinin aktivliyinin 4 Kp-yə kimi yüksələcəyi proqnozlaşdırılır.