01 İyul 2025

Bu tarixi yalanlara hələ də inanırıq

Kleopatranın qeyri-adi gözəlliyə sahib olması

Qədim tarixçilər onun çox ağıllı olması və insanları manipulyasiya etmək bacarığı ilə razılaşırlar, lakin gözəlliyi haqqında bir söz demirlər. Bu keyfiyyət ona əsrlər sonra aid edilməyə başladı. Hətta Plutarx Kleopatranın heç də görən hər kəsi heyrətləndirmək dərəcəsində  bənzərsiz gözəlliyinin olmadığını söyləyib.

Rusların karandaşdan istifadə edərkən NASA-nın sıfır çəkisi ilə yazan qələmin hazırlanmasına milyonlarla dollar xərcləmələri

Fakt budur ki, karandaş yaxşı ixtira deyil və bunu ruslar da başa düşürdülər. Yazarkən çoxlu miqdarda qrafit tozu əmələ gəlir və o, keçiricidir, elektronikada qısaqapanmaya kifayət qədər qadirdir. NASA-ya gəlincə, əslində bu qələmi onlar icad etməyiblər. Onu Pol Fişer öz hesabına hazırlayıb və sonra NASA-ya satıb.

Vikinqlərin İslandiyaya ad vermələri (tərcümədə Buz Torpağı)

Onlar bu torpaqlara, əslində ona görə belə ad verdilər ki, müstəmləkəçilərin bu adaya üzmək həvəsi olmasın. Əslində adada həmin vaxt həqiqətən çoxlu qar və buz olduğuna görə də gördükləri kimi çağırdılar.

Eynşteynin məktəbdə riyaziyyatdan pis qiymət alması

Bu, səhv məlumatdır. Fakt budur ki, o zaman 1 ən yüksək bal hesab olunurdu. Sonradan sistem dəyişdirildi və ən yüksək bal 5 oldu. Eynşteyn riyaziyyatda əlaçı idi, məktəbdə isə həmin sistemdən ən yüksək bal sayılan 1 alırdı.

Napoleonun boyunun qısa olması

Fransa imperatoru Napaleon Bonapartın boyu 168 sm idi. Bu, o zaman orta boy hesab olunurdu. Napoleonla bağlı bu məlumatın yayılmasına əsasən ingilis təbliğatı kömək etdi. O dövrün Britaniya qəzetləri tez-tez yazırdılar ki, Fransanı qısa boylu adam idarə edir.

Neandertalların danışa bilməmələri və yalnız mızıldanmaları

Kəllə sümüklərinin tədqiqi göstərdi ki, neandertalların müasir insanlarla demək olar ki, eyni olan bir sıra səs qavrayışı var və onlar müasir insan nitqinə tanış olan bütün səsləri tələffüz edə bilirlərmiş. Beləliklə, ifadəli nitq yalnız homosapiensə deyil, hər kəsə məxsus idi. Üstəlik, neandertallar rituallarını inkişaf etdirmişdilər. Onlar öz qəbilə üzvlərini  dəfn etməyi, rəsm çəkməyi bilirdilər.

Motsartı Salierinin zəhərləməsi

Hazırda tarixçilər Motsartın o zaman müalicəsi mümkün olmayan adi streptokok infeksiyasından ölməsi ilə razılaşırlar. Salieri isə istedadlı musiqiçi idi, lakin onu böyük ustada qarşı paxıllıqda, sonra isə zəhərləməkdə ittiham etdilər.

Çar İvan Qroznının dəli olması

O zamanlar bu ideya Avropada Livoniya ordeninin nümayəndələri tərəfindən qısa zamanda yayıldı ki, Avropa hökmdarları Rusiya ilə iş görməkdən çəkinsinlər. Əslində isə Rusiya çarı Qroznının apardığı islahatlar bir çox cəhətdən o dövr üçün yenilikçi və qeyri-adi idi. O, zamanı qabaqlayırdı.