23 Dekabr 2024

Bu şəxslərə müddətsiz əlillik təyin olunacaq – QƏRAR

Ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək və müddətsiz əlillik təyin ediləcək.

Musavat.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlavə edilən yeni yarımbəndlərdə əksini tapıb.

Əlilliyin müəyyən olunması meyarlarına ürəklə əlaqədar yeni əlavə edilən xəstəliklər aşağıdakılardır:

– ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda -orqanizm funksiyasının 50 % pozulması kimi qiymətləndirilərək müddətsiz əllik təyin ediləcək;

-miokardda yad cismin olması -orqanizmin funksiyalarının 80 faizinin pozulması kimi qiymətləndiriləcək və müddətsiz əlillik təyin ediləcək;

-18 yaşınadək şəxslərdə XÜÇ I mərhələ və ya cüzi hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar- orqanizm funksiyasının 50 % pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək;

-18 yaşınadək şəxslərdə XÜÇ II mərhələ və ya nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar- orqanizm funksiyasının 70 % pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək;

-18 yaşınadək şəxslərdə XÜÇ III mərhələ və ya əhəmiyyətli dərəcədə nəzərəçarpan hipoksemiya ilə fəsadlaşmış anadangəlmə qüsurlar-orqanizm funksiyasının 90% pozulması kimi qiymətləndirilərək 2 illik əlillik təyin ediləcək.