24 Dekabr 2024

Bu peyvəndin üçüncü dozası yeni ştammlara qarşı da təsir göstərir

“Moderna” şirkətindən koronavirusun Braziliya və Cənubi Afrika ştammlarına qarşı üçüncü peyvənd dozasının təsiri barədə açqılama verilib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, bunu sınaqların ilkin nəticələri göstərib.

Məlumata əsasən, tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından altı ilə səkkiz ay sonra əlavə doza alıblar.

15 gündən sonra analizlər COVID-19-un yeni stammlarına qarşı anticismlərin gücləndirilmiş reaksiyasını göstərib. Şirkət əlavə dozasına bədənin dözümlüyünü də qeyd edib.

Tədqiqat nəticələri hələ mütəxəssislər tərəfindən təsdiqlənməyib, şirkət araşdırmalarına davam edəcəyini deyib.