23 Dekabr 2024

Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir

Hər bir ölkə, xalq üçün sağlamlıq ən ümdə vəzifədir. Ümummilli liderimizin təbirincə desək, sağlam düşüncə tərzi həm də tarixi-mədəni irsin əsas daşıyıcı qüvvəsidir. Bu baxımdan idman ictimai-siyasi hadisə kimi xüsusilə gənclərin həyatında müstəsna rol oynayır. Dövlət tərəfindən göstərilən qayğı idmançılarımızda siyasi iradə, liderlik, özünütəsdiq kimi keyfiyyətləri aşılamağa kömək edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti uğurla davam etdirilmişdir.
Dövlət başçısının bu sahəyə yüksək diqqət və qayğısı nəticəsində ölkəmizdə gənclərin inkişafı ilə bağlı mühüm dövlət proqramları və strategiyaları qəbul olunub. Gənclər Mərkəzləri, Gənclər evləri, Olimpiya İdman Kompleksləri istifadəyə verilib.
Bütün bunlar Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi qayğının nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ili ölkəmizdə “İdman ili” elan etmişdi. Dövlət başçısının həmin qayğısını cavabsız qoymayan idmançılarımız 2012-ci ildə çox böyük uğurlara imza atmışdılar. Hesabatlarda göstərilir ki, 2012-ci il ölkənin idman həyatı üçün kifayət qədər uğurlu olmuşdur. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, həmin il Azərbaycan idmançıları iştirak etdikləri beynəlxalq turnirlərdə rekord sayda – 700-dən çox medal qazanmışlar. Əsasən Olimpiya idman növləri üzrə qazanılmış bu medalların 255-i qızıl əyarlıdır. Bununla idmançılarımız Prezident İlham Əliyevin sərəncamı ilə elan olunmuş “İdman ili”nə layiqli töhfə vermişlər.
Cənab Prezidentimiz İlham Əliyev Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edib.
Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar. Azərbaycan idmançıları yarışda 16 medal qazandı, onlardan 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdür.Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir.
Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.
Sonda bir gənc kimi onu qeyd etmək istəyirəm ki,Möhtərəm cənab Prezident, Sizi əmin edirik ki, ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində öz müstəqilliyini qorumuş, güclü, öz sözünü deməyə qadir dövlətimizin dayanıqlı inkişafı üçün biz gənclər daim çalışacağıq.
Bir daha biz gənclərə olan sevginiz üçün Sizə minnətdarıq.

Gülər Kərimova – Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının məsləhətçisi