Bu gün I Qarabağ müharibəsinin şəhidi Elçin Əsədovun anım günüdür
Elçin Səlim oğlu Əsədov 1967-ci il, may ayının 6-da Bərdə rayon Elçin Əsədov küçəsində (indi onun adını daşıyır, əvvəllər 26-lar idi) müəllim ailəsində anadan olmuşdu. O da digər qəhrəman oğullarımız kimi Vətənin müdafiəsi üçün, silaha sarılıb, milli ordumuzun tərkibində xain erməni dığalarına qarşı vuruşmağa başlamışdı.
Elçin Əsədovun sonuncu kəşfiyyatı Ağdamın Qaraqaşlı kəndi oldu. Bu kəndi erməni tapdağından xilas etmək ,hücum mövqeyi tutmaq üçün, strateji əhəmiyyətə malik idi. 1994-cü il yanvarın 29-da ELÇİN ƏSƏDOV dəstəsi ilə birlikdə kəşfiyyata göndərildi. Onlar kəşfiyyatı yerinə yetirib qayıdan zaman erməni dığaları ilə rastlaşdılar. Döyüş zamanı yağı gülləsi onu haqladı. ELÇİN arxadan yox, alnından vuruldu, el arasında atasının, qohum – əqrabasının, dost – tanışlarının başını dik tutması üçün. O atasının ona verdiyi adı doğrultdu- ELÇİN.
EL ÜÇÜN YAŞADI, EL ÜÇÜN ÖLDÜ, ÖLÜMSÜZ ELÇİN.1994-cü il yanvarın 29-da şəhidlik zirvəsinə ucalan igidlərimizin sırasına bir oğul da əlavə olundu ELÇİN SƏLİM oğlu ƏSƏDOV. 30-u yanvar günü uğrunda döyüsdüyü torpağa əbədiliklə qovusdu. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!