22 Dekabr 2024

Bu gün Azərbaycan Qafqazın ən güclü ölkəsi statusunu qazanıb

Ölkəmiz uğurlu xarici siyasət yürütməknən dünyda ən ləyaqətli yerlərdən birinə sahibdir. Beynəlxalq təşkilatların kürsülərindən qətiyyətlə sözün deməyi bacarır. Gənc müstəqil bir dövlət üçün əlbəttə ki, bunu bacarmaq o qədər də asan deyil. Hansı ki, dünyanın reallıqları güc balansları arasında şərtlər diktə edir. Güclü kimdirsə onun maraqlarına xidmət etmək dünyanın haqsız siyasətinin tərkib hissəsinə çevrilib. Ancaq Azərbaycan üçün böyük güclərin məkrli niyyətləri heç də keçərli deyil. Azərbaycan dünyada ən doğru olan prinsiplərini ortaya qoyur. Sözün əsl mənasında müstəqil siyasət aparır.
Humanizmə, bəşəri dəyərlərə söykənən siyasət həyata keçirməklə dünyanın rəğbətini qazanmış ölkələrdəndir. BMT-nin iclaslarında yüksək səviyyədə təmsil olunmaq, YUNESKO-nun mədəni irsə dair proqramlarında layiqincə iştirak etmək, ATƏT, AŞPA və Qoşulmama hərakatı kimi Beynəlxalq təşkilatlarda nüfuz sahibi olmaq ölkəmizin müstəqil siyasətə sahib olmağın bariz nümunəsidir.
Bütün bunların kökündə isə heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət doktirinasının zərgər dəiqliyi ilə hazırlanmasıdır. Aparılan düzgün siyasət sayəsində Azərbaycan uzun illər boyunca işğala məruz qalmış torpaqlarımızın azad olunması istiqamətində zəmin yaratmış olurdu. Nəhayət ki, uzun illərdən sonra Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması bir daha görülən işlərin , aparılan siyasətin tam doğru olduğunu sübut etmiş oldu.
Bu gün Azərbaycan Qafqazın ən güclü ölkəsi statusunu qazanıb. Güclü ordu, güclü iqtisadiyyatı ilə nə Gürcüstan, nə də Ermənistan Azərbaycanla müqayisə oluna bilməz. Ölkəmiz sürətli inkişafı ilə dünyanı sözün həqiqi mənasında heyran qoyub. Azərbaycanı gözü götürməyən ölkələrdən isə paxıllıqdan qarayaxmaların, ikili standartlarla yanaşmanı görürük. Heç şübhəsiz ki, bu cür münasibətlərin mövcudluğu müstəqil siyasətin uğurla aparılmasının məntiqi nəticəsidir.
İndi biz müstəqil siyasətin bəhrəsini aydın görə bilirik. Uzun illər münaqişədən əziyyət çəkən ölkə kimi Qarabağ probleminin həllində güzəştə getməməklə ölkəmiz bir daha müstəqilliyini sübut etmiş oldu. Bizimlə düşmənçilik edən Ermənistan milli maraqlarını böyük dövlətlərin ayaqları altına atmaqla vassal qurum olduğu halda, Azərbaycan müstəqilliyini qoruyub, saxlamağı daim üstün tutub. Qarabağ müharibəsində müstəqil siyasətin aparılması xüsusilə əhəmiyyətli dərəcədə öz sözünü demiş oldu. Ölkə prezidenti İlham Əliyevin dünyanın 3 böyük ölkəsinin Qarabağla bağlı təzyiqlərinə ən yüksək səviyyələrdə sinə gərməklə xain planların həyata keçirilməsinə mane oldu. Qarabağ probleminin həlli məqsədilə 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun üzv ölkələri 30 ilə yaxın fəaliyyət göstərməsi və heç bir iş görməməsi ölkəmizin əleyminə fəaliyyətin bariz nümunəsi demək idi. Uzun illər Amerika, Rusiya , Fransadan ibarət təşkil olunmuş Minsk qrupu ermənilərin xeyrinə çalışmaqla xalqımıza qarşı tarixin ən böyük haqsızlığını etmiş oldular. Məhz, Minsk qrupunun fəaliyyətsizliyi sayəsində Azərbaycanın şəhərləri,kəndləri yerlə -yeksan edildi. Azərbaycanlılara məxsus mal-mülk qarət olundu. Ölkəmizə milyardlarla dollar məbləğində ziyan vuruldu. Bu ölkələr münaqişənin nizamlanmasında məsul olduqları halda, ermənilərin bəşəriyyətə yad qeyri -insani hərəkətlərinə göz yummaqla bağışlanılmaz cinayətlərin şərikinə çevrilmişdilər.
Beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini müdafiə etmək, BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarından ermənilərin çıxarılması haqqında 4 qətnaməsinin yerinə yetirilməsi üçün əslində müqvimət təşkil etmiş oldular. Beynəlxalq hüququn prinsiplərinin yerinə yetirilməsini təmin etmədilər. Onlar münaqişənin uzadılmasına şərait yaratmaqla Azərbaycan torpaqlarının Ermənistan tərəfindən tam mənimsənilməsinə şərait yaratmış olurdular.
Möhtərəm prezidentimiz müstəqil dövlət başçısı kimi xain planların həyata keçməsinə imkan vermədi. Xalqımızın iradəsi əleyhinə yönələn təxribatçı planları birdəfəlik tarixin arxivinə atmış oldu. 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü, süverenliyini təmin etmiş oldu. Necə ki, prezidentimizin dediyi kimi “ Dağlıq Qarabağ münaqişəsi” leksikondan götürüldü. Bununla da ATƏT-in bundan sonra fəaliyyətinə ehtiyyac qalmadı.
Bütün bunlar müstəqil siyasətimizin, ölkə başçımızın, Möhtərəm Prezidentimizin müstəqilliyimizin təminatı naminə yorulmaz, fədakar fəaliyyətinin nəticəsində mümkün olmuşdur.

Aytən Məmmədli- YAP Ağstafa RT-nın əməkdaşı