28 Mart 2024

Britaniyanın Azərbaycandakı səfirindən ilk ziyarət – FOTO

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Fergus Ould Şəhidlər Xiyabanını ziyarət edib.

Musavat.com xəbər verir ki, səfir bu barədə “Twitter”də məlumat verib.

“Bu gün mən Şəhidlər Xiyabanına, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda Sovet qoşunlarına qarşı vuruşaraq şəhid olan qəhrəmanların xatirəsini ehtiramla yad etməyə gəlmişəm”, – deyə paylaşımda qeyd edilib.

Nigar HƏSƏNLİ