Britaniyada son sutkada koronavirusdan 610 nəfər həyatını itirib

Böyük Britaniyada son sutka ərzində 30 004 nəfər koronavirusa yoluxub.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 647 463 nəfərdir.
Son sutka ərzində 610 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 97 939 nəfərə çatıb.