21 Dekabr 2024

Britaniya səfiri Birinci vitse-prezidentin köməkçisi ilə görüşüb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynovla görüşüb.

APA-nın məlumatına görə, bu barədə səfir “Twitter”də bildirib.

“Emin Hüseynovla Azərbaycanın işğaldan azad olunmuş əraziləri üçün iqtisadi inkişaf planları barədə faydalı bir görüşüm oldu”, – deyə səfir vurğulayıb.