Braziliyada İsa Məsihin heykəlini ildırım vurub
Braziliyanın simvolu sayılan İsa Məsihin heykəlini ildırım vurub.
APA xəbər verir ki, bu barədə “Vesti.ru” məlumat yayıb.
Rio-de-Janeyrodakı foto internetdə sürətlə yayılıb.
Heykəl dəniz səviyyəsindən 700 metr yüksəklikdə yerləşir.
2010-cu ildə heykəl ildırım vurması nəticəsində zədələnmiş, bundan sonra onun üzərinə ildırımötürücülər quraşdırılmışdır.
Xatırladaq ki, heykəlin təntənəli açılışı 12 oktyabr 1931-ci ildə olub.