18 Aprel 2024

BMT Əfqanıstandakı edamlardan narahatlıq ifadə edib

BMT Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlişindən sonra ilk ictimai edamdan narahatdır və ölüm hökmlərinə qoyulan moratoriumun qaytarılmasına çağırır.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT baş katibinin nümayəndəsinin müavini Stefani Tremblay deyib.

“Bu gün Əfqanıstanda həyata keçirilən ictimai edamla bağlı dərin narahatlığımızı bildiririk. Bizim mövqeyimiz dəyişməz olaraq qalır – BMT ölüm hökmünün əleyhinədir. Ölüm hökmü yaşamaq hüququna ziddir. Biz moratoriumun qaytarılmasına çağırırıq”, – Tremblay qeyd edib.

Qeyd edək ki, dekabrın 7-də “Taliban” hakimiyyəti ilk ölüm hökmünü icra edib. Herat vilayətindən olan şəxs qonşu Fərəh əyalətinin sakinini öldürüb, sonra onun motosikletini və mobil telefonunu oğurlayıb.