25 Sentyabr 2022

Bizim o torpaqlara qayıtmağa tam haqqımız çatır

Azərbaycan Beynəlxalq hüququn tətbiqi anlayışını yaxşı anlayır. Hansı ki, uzun illər ölkəmizin haqlı davasında həmin hüquq işləməyib.Torpaqlarımız 30 ildən artıq işğal altında qalıb. Beynəlxalq təşkilatlar ya lazımınca hüququn tətbiqinə həvəs göstərməyib, ya da ki ümumiyyətlə torpaqlarımızın işğalını görməzlikdən gəlib. 1988-ci ildən başlayan Dağlıq Qarabağ münaqişəsi vaxtında tədbirlər görülmədiyindən böyük faciələrə yol açıb. Ermənilərin xalqımıza apardığı zorakılıq, soyqırımlar dünyanın gözü qarşısında baş verir, ancaq , təəssüflər olsun ki, təcavüzkar, ekstremist qüvvələrə dur deyilmirdi. Nəticədə Xocalı kimi əsrin dəhşətli faciəsi baş verdi. Ağdaban kimi qətliamı erməni vandalları törətmiş oldular. Dağlıq Qarabağın neçə-neçə kəndi erməni qətliamlarına qurban oldu. Dünyanın ədaləti isə bu hadisələrin qarşısını almaq əvəzinə seyrçi mövqe tutdu. Ermənilər Dağlıq Qarabağ ərazisində havadarlarından aldığı dəstək hesabına torpaqlarımızı ələ keçirməknən yanaşı işğalın çoğrafiyasını genişləndirmiş oldular. 92-93-cü illərdə yaranan hakimiyyət böhranından istifadə edən ermənilər 6 rayonumuzun işğalı həyata keçirdi. BMT-nin 4 qətnaməsi qəbul olundu. 822, 853,864, 874 saylı qətnamələri işğal olunan rayonlarımızın qeyd şərtsiz azad edilməsini tələb etsədə heç biri yerinə yetirilmədi. ATƏT-in Minski qrupu Qarabağ müharibəsinin dinc yolla tənzimlənməsi məqsədilə yaradılsa da münaqişənin aradan qaldırılmasına heç bir köməklik göstərmədi. Əksinə, Azərbaycan xalqının milli maraqlarına qarşı fəaliyyət göstərmiş oldular. Münaqişənin uzadılmasına şərait yaratmaqla rayonlarımızın yerlə yeksan olunmasında ermənilərə köməklik göstərmiş oldular. Şəhərlərimiz, kəndlərimiz yer üzündən silindi. Tarixi ata baba yurdlarımızın mədəni irsi məhv edildi. ATƏT-in Minsk qrupu münaqişənin ömrünü uzatmaqla Qarabağın və ətraf rayonların Azərbaycandan Ermənistana alınıb verilməsini təmin etməyə çalışması da sirr deyil.Bir sözlə Beynəlxalq təşkilatların heç birindən nə beynəlxalq hüququn ədalətini gördük, nə də bəşəriyyəti sarsıdan faciələrin günahkarlarının cəzalandırılmasını. Beynəlxalq hüququ bizim gözümüzdə beləcə ölmüşdü. Beynəlxalq təşkilatlar iradə nümayiş etdirə bilməsə də bu işləri nəhayət ki, Ali Baş Komandanımızın əmri ilə ordumuz yerinə yetirmiş oldu. BMT-nin 4 qətnaməsini yerinə yetirməklə təcavüzkarı cəzalandırdı, işğal olunan rayonlarımızı azad etdi.

Beynəlxalq hüququn ədalətinə bu gün də ehtiyyacımız var. Qarabağ ərazisində qalan erməni separatçıları 10 noyabr Azərbaycan – Rusiya- Ermənistan üç tərəfli bəyanatına əsasən torpaqlarımızı tərk etməli, silahlı erməni birləşmələri çıxarılmalı idi. Əfsuslar olsun ki, ermənilər bu dəfə də razılaşmanı yerinə yetirmir, münaqişənin davam etməsinə çalışırlar. Separatçılar bu yöndə həvəsləndirən Fransa, Amerika kimi dövlətlərin olduğunu da görürük. Buna da ancaq təəssüflənmək olar.

Son günlər Kəlbəcər, Laçın, Daşkəsən rayonları ilə sərhəd məntəqələrində baş verən erməni təxribatları da bir daha sülhə hazır olmadıqlarını göstərdi. Aldıqları cavab da çox qətiyyətli dəmir yumruğun işləməsi ilə müşahidə olundu. Tarixi Azərbaycan torpaqlarında bir daha Azərbaycan bayraqları qaldırıldı. O Azərbaycan torpaqlarındakı o yerlər bizin ata baba yerlərimiz olub. Beynəlxalq hüquqla bizə məxsusdur. Varisi olduğumuz Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsisi daxilində Göyçə, Zəngəzur torpaqları əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min kv km olduğu halda ermənilərin ərazi iddiaları sayəsində məkrli düşmənlərimiz SSRİ hökumətinin dəstəyi ilə tədricən torpaqlarımıza yiyələndilər. Beynəlxalq hüquq bu gündə bizi haqlı çıxarır. Bizim o torpaqlara qayıtmağa tam haqqımız çatır. 1988-ci ildə ermənilərin son təmizləmə tədbirlərindən sonra 200 000 –də çox soydaşımız öz ata baba torpaqlarından qovulmuşlar. Beynəlxalq hüquq bu gün soydaşlarımızın geri dönüşünü təmin etməyə, onların mülk və əmlaklarının qaytarılmasına tam borcludur.

Aytən Məmmədova – YAP Ağstafa RT-nın məsləhətçisi