23 Dekabr 2024

Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır – Mariya Zaxarova

 

Bizi Qarabağdakı əsas tapşırıqdan heç nə yayındırmamalıdır, əks halda, bunun icrası baş tutmaya bilər.

Media1.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, əsas tapşırıq dayanıqlı sülhü təmin etmək, insanların qayıtması və normal həyatın təşkil olunmasıdır:

“Rusiya sülhməramlıları bu gün bu tapşırıqla məşğuldur. Sözsüz ki, onlar hər bir konkret hadisəni tərəflərlə həll edir. Əsas tapşırıq var və hər kəs ona diqqət verməlidir. Bu tapşırıqdan bizi heç nə yayındırmamalıdır. Əks halda, reallaşma yarıda qala bilər. Buna isə yol vermək olmaz. Bunun üçün həddən çox bədəl ödənilib”.