23 Dekabr 2024

Biz sübut etdik ki, qəhrəman xalqıq

44 günlük Vətən müharibəsindən bir il ötür.Həmin günləri xatırlamaqla xalqımızın qəhrəmanlığına bir daha şahidi olduq. Tarixən qəhrəmanıqlar dastanı yaratmış xalqımız bu dəfə də qarşılaşdığı imtahandan üzüağ, alnıaçıq çıxmış oldu.

Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. Sak, Massaget, Kimmer, Lullubi, Kuti, Alban kimi qədim tayfalar Azərbaycan xalqının formalaşmasında iştirak edib. Dövlətçilik ənənələri baxımından da xalqımız tarix səhnəsində özünəməxsus yerə sahib olmuşdur. Qədim Manna, Midiya , Atropatena, Albaniya  dövlətlərinin Azərbaycanımızın  ərazisində yaranması dövlətçilik ənənələrinin əsasını təşkil etmişdir. Tarix səhnəsində Şirvanşahlar, Salarilər, Sacilər,Rəvvadilər dövlətlərinin mövcudluğu sonrakı  hakimiyyət institutlarına təkan olmuşdur. Eldənizlər, Cəlairilər, Qaraqoyunlular, Ağqoyunlular dövlətlərinin meydana gəlməsi də tarixilik baxımından  əhəmiyyətli hadisə hesab etmək olar. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı yadelli, işğalçılara qarşı həmişə mübarizə aparmış, özünün kimliyini qorumağa çalışmışdır. Azərbaycan xalqının ən şanlı səhifəsini isə Şah İsmayıl Xətainin yaratdığı Səfəvilər dövləti təşkil edir.Həmin dövrdə Azərbaycanın ərazisi böyük bir çoğrafiyanı əhatə edib. Şimalda Dərbənddən tutmuş cənubda fars körfəzinə qədər ərazi ata- babalarımızın idarə etdiyi dövlətin sərhədləri daxilində olub. Təəssüflər olsun ki, sonralar Şah İsmayıl Xətai babamızdan əmanət qalan vətənimiz müharibələr meydanına çevrilmiş, Gülüstan və Türkmənçay müqavilələri ilə  Araz çayı sərhəd olmaqla Azərbaycan torpaqlarının  şimalı Rusiyaya , cənubu İrana ilhaq edilib,bölüşdürülmüşdür. Ancaq , buna baxmayaraq xalqımızın azadlıq ruhu rahatlıq tapmadan,daimi müstəqilliyi, azadlığı uğrunda mübarizəsini aparmışdır.

Bu mübarizənin nəticəsində 1918-ci ildə qurulan dövlətlər arasında Azərbaycan da oldu. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi dünyaya bəyan edildi. 114 min kv.km ərazisi olan cümhuriyyətimiz cəmi 23 ay yaşaya bildi. Çar imperiyasını əvəz edən Sovet imperyası azadlığımızı boğaraq müstəqil dövlətimizi süquta uğratdı. Sovet imperiyasında erməni daşnak-bolşevik qüvvələrin mövcudluğu ərazilərimizin itirilməsinə, ermənilərə verilməsi ilə nəticələnmişdir. Zəngəzur, Göyçə kimi tarixi dədə-baba torpaqlarımızı ələ keçirmişdilər. Ancaq , buna baxmayaraq ermənilər torpaqlarımızı ələ keçirmək siyasətindən əl çəkməmiş,yeni ərazi iddialarında olmuşdular.

Qarabağın ələ keçirilməsi siyasətinin tərkib hissəsi kimi ermənilər  məkrli niyyətlərindən əl çəkməmişdilər. XX əsrin sonlarında postsovet məkanında yaranmış hərc-mərclikdən istifadə edərək xain xislətlərini həyata keçirməyə çalışmışdılar. Ölkəmizdə yaranmış başıpozuqluqdan istifadə edərək Qarabağda xalqımıza qarşı soyqrım təşkil edərək müharibənin alovlanmasına səbəb olmuşdular. Döyüş meydanında ermənilərə layiqli cavab verilsə də sonradan bu bizim acı məğlubiyyətimzlə nəticələnmişdir. Ermənilər Rusiya kimi havadarına arxalanmaqla Şuşada daxil olmaqla 7 rayonumuzu işğal edə bilmişdir.

Ancaq həmişə olduğu kimi xalqımızın azadlıq ruhu sınmamış, torpaqlarımızın azad olunması üçün daim mübarizə barədə düşünmüşdür. Erməni həyasızlığı isə var gücü ilə davam etdirilmiş, Beynəlxalq hüququn tələblərini qulaqardına vurmuş, işğal olunmuş qayonlardan erməni silahlı qüvvələrinin çıxarılması barədə BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməsinə məhəl qoymamışdır. Bölgədə sabitliyin təmin olunmasını təhlükə altında qoymuş, yeni torpaqlar anonsunu verməkdə davam etmişdilər.

Azərbaycan xalqının isə səbr kasası daşır, II Qarabağ müharibəsinə başlamaq tələbləri günbəgün artırdı. Xalqın sınmayan ruhuna arxalanan Ali Baş Komandanımız isə siyasət meydanında zərgər dəqiqliyi ilə qələbəyə hesablanmış müharibənin vaxtını gözləyirdi. İlk cəhdimiz məhz 2016-cı ilin aprel döyüşləri ilə sınandı. Tam qələbə olmas da döyüş meydanında ordumuzun üstünlüyü sübuta yetirilmiş oldu. Minlərlə hektar torpağımız erməni işğalından azad edildi. Ermənistan Silahlı qüvvələrinin  həm canlı qüvvəsi ,həm də texnikası məhv edildi. Ermənistan Prezidentinin Rusiyaya yalvarması və Rusiyanın xahişlərindən sonra müharibə dayandırıldı. Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq öhdəliyinə vəd etsə də yenə çirkin əməlindən əl çəkməyib, təcavüzkarlıq siyasətini davam etdirməklə məşğul oldu. Azərbaycan xalqının hissiyyatı ilə oynamağa başladı. Ermənistanın baş naziri Paşinyan cıdır düzündə sərxoş olub, qol götürüb oynaması, Ermənistan müdafiə naziri Tonoyanın Bakıya qədər getmək barədə bəyanatları müharibəni daha da yaxınlaşdırmış oldu.

2020-ci ilin yayında Tovuz ərazisində sərhəddimizi pozmaqla müharibəyə cəhd etmiş oldu. General Polad Həşimov və bir neçə nəfər ordu heyətindən şəhidlər verməyimiz xalqımızın intiqam hissini alovlandırmışdı. Artıq könüllülərində orduya qoşulmağı müqəddəs müharibəni qaçılmaz etmişdir.Sentyabrın 27-də isə ermənilərin yaratdığı təxribat müharibənin başlanması demək oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində illərlə həsrətində olduğumuz yurd yerləri yağı düşməndən təmizlənmiş oldu. Şuşanın azad olunduğu 8 noyabr isə tariximizin ən müqəddəs gününə çevrildi. Yaddaşlarda Zəfər günü kimi qaldı.

Azərbaycan xalqı   əsrlər boyu malik olduğu hünəri yenidən dünyaya nümayiş etdirdi. İndi ordumuzun döyüşdəki yaratdığı qəhrəmanlıqlardan heyranlıqla danışmaq olar. Separatizmə məruz qalmış,ərazi bütövlüyü pozulmuş ölkələr də indi bizim qələbəmizdən ruhlanaraq suveren hüquqlarının bərpasına çalışırlar.

Qələbəmiz uğrunda biri də xanım olmaqla ordumuzunu heyətində döyüşmüş  3000-nə yaxın şəhidimiz oldu.  Erməni vəhşilərinin dinc əhalini hədəf seçməklə onlarla mülki sakinimizi şəhid etdi. Xalqımız qurbanlar versə də qəhrəmanılığını qoruyub saxlamağı bacardı. İndi biz qalib xalqıq.Və bununla da qürur duyuruq.

Nilufər Əliyeva – Bərdə Peşə Liseyinin tələbəsi