21 Noyabr 2024

Bir nəfər ayağından, bir nəfər sinəsindən güllələnib – Karantin postundakı əməliyyatın TƏFƏRRÜATI

Polisin keçirdiyi əməliyyat zamanı güllələnən şəxslər hakim qarşısına çıxarılıb. Onlar narkotik ittihamı ilə həbs ediliblər.

Musavat.com xəbər verirki, ittihama görə, Rüfət Zaitov və İsmayıl İsmayılov Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinirlər.

Onlar mütəşəkkil dəstə tərkibində satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini qəsdən əldə edib, saxlama və daşımaqda günahkar bilinirlər.

İttihamda yazılır ki, dəstə üzvləri Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisindən keçən hissəsində quraşdırılmış dəmir lövhənin yanında gizlədilən narkotik vasitələri əldə etmək məqsədilə İ.İsmayılovun idarə etdiyi, R.Zaitova məxsus avtomobildə qeyd edilən ünvana gələrək oradan narkotik vasitə olan heroin və metamfetamini götürüblər.

Bakı sakinindən külli miqdarda heroin götürüldü » AzadSəs

Bu zaman Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən əməliyyat keçirilib. Post Patrul Xidməti polis baş serjantı İlkin Həsənov “Makar” tipli tapança ilə havaya bir dəfə atəş açıb.

OTV Lebanon on Twitter: "الرصاص العشوائي يصيب طائرة في مطار بيروت  #OTVLebanon #OTVNews https://t.co/l2BRnZ37jU… "

İttihamda göstərilir ki, onlar ifşa olunduqlarını bilərək qaçmaq istəyiblər. Avtomobilə əyləşmək istəyən zaman polis əməkdaşı İlkin Həsənov Rüfət Zaitovu sağ ayağından vurub. İsmayıl İsmayılov maşını hərəkət etdirərkən polis əməkdaşı İlkin Həsənov onu da döş qəfəsindən vurub.

Bu zaman İ.İsmayılov güllə yarası almasına baxmayaraq avtomobili idarə etməyə davam edib. Yolda halı pisləşdiyi üçün sükanı R.Zaitova təhvil verib. Onlar Bakı istiqamətində qayıdan zaman Ələt qəsəbəsində saxlanılıblar. Maşına baxış zaman narkotik vasitələr aşkar edilib. Daha sonra hadisənin baş verdiyi Cəlilabad rayonundakı əraziyə də baxış keçirilib və oradan da iki sellofanda narkotik vasitələr götürülüb.

Təqsirləndirilən şəxslərin vəkilləri aidiyyəti qurumlara vəsatətlə müraciət edərək araşdırmanın Qaradağ Rayon Polis İdarəsinə göndərilməsini istəyiblər.

Qeyd edək ki, hər iki şəxs əməliyyat olunduqdan sonra sağalıb və hazırda həbsdədirlər.

Bakıda səkidə dayanan insanları vuran sürücü həbs olunub

Səbəb kimi isə göstəriblər ki, verilmiş ittihamın faktiki hallarından görünür ki, təqsirləndirilən şəxslər iş üzrə göstərilən narkotik vasitəni Cəlilabadda əldə ediblər:

“Narkotik vasitəni əldə etməyə münasibətdə cinayət başa çatıb. Lakin verilmiş ittihamdan görünür ki, təqsirləndirlən şəxslər narkotik vasitəni Ələt qəsəbəsinə kimi saxlayıb və daşıyıblar. Odur ki, narkotik vasitəni saxlama və daşımaya münasibətdə cinayətin başa çatdığı yer Ələt qəsəbəsi olub. Bu səbəbdən də hesab edirik ki, cinayət aidiyyəti üzrə Qaradağ polisinə göndərilməlidir”.

Bu müraciətə rəsmi cavab verilməyib.

Təqsirləndirilən şəxslər elan edilmiş ittihamla razılaşmırlar. Onlar iddia edirlər ki, istintaq zamanı təzyiqə məruz qalıblar. Onlar istintaqda verdikləri etirafedici ifadəni də təzyiq altığında vediklərini söyləyirlər.

Vəkillər söyləyir ki, təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulub. Cinayət işinin ibtidai istintaqının yekunlaşması barədə vəkillərə rəsmi qaydada məlumat verilməyib.

Azərbaycanda hakim məhkəmə zalında həbs edildi - son xeberler

“Hər iki təqsirləndirilən şəxsin güllələnməsini Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi tərəfindən yox, qanunvericiliyin tələblərinə uyğun olaraq Prokurorluq tərəfindən araşdırılmalıdır. Lakin hal-hazıra kimi vəsatətlərimizə rəsmi qaydada cavab verilməyib. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasında da iştirak etməmişik” – deyə vəkillər müraciətlərində qeyd edir.

Məhkəmə araşdırması Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırmalıdır. Lakin işə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri tərəfindən Bakıda, Sabunçu Rayon Məhkəməsində baxılacaq.

İlkin Muradov
Musavat.com