Bill Geytsin qızı da eyvənd oldu və hətta “çipləşmə” ilə bağlı zarafat da etdi
“Heyf bu dərman məndə dahi atamın beynini canlandırmır”
Amerikalı milyarder, “Microsoft” firmasının qurucusu Bill Geytsin qızlarından biri SARS-CoV-2 koronavirusuna qarşı peyvənd qəbul edib.
Cennifer Geyts hətta bununla əlaqədar “İnstagram”dakı səhifəsində şəkil də paylaşıb.
24 yaşlı milyarder qızı hələ ki zəruri iki dozadan birincisini alıb. Onun sözlərinə görə, digər insanlar da təhlükəsizliklərinə görə bu barədə ciddi düşünməlidirlər.
“Heyf ki, peyvənd məndə dahi atamın beynini canlandırmadı. Kaş “mRNA”da belə bir güc olaydı”,-deyə Cennifer Geyts guya atasının peyvənd vasitəsilə nsanların beyninə çip yeritmək istədiyi ilə bağlı yaranan sui-qəsd nəzəriyyələrini bu cür ələ salıb.
Bundan öncə Bill Geyts bu cür söz-söhbətlərlə sıx-sıx qarşılaşdığını, hətta insanlaırn buna inanmasından təəccübləndiyini dilə gətirmişdi.
Amerikalı xeyriyyəçi iş adamı hələ bu ilin yanvar ayının 22-də ilk peyvənd dozasını vurdurub.