Biləsuvarda qadın bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini, 1947-ci il təvəllüdlü Zəminə Həziyeva Bolqarçayda boğulub.
İlkin ehtimala görə, qadın ehtiyatsızlıqdan çaya düşüb.