23 Dekabr 2024

“Bığın hər sm-i üçün 2 peso alınırdı” – Tarixdə maraqla qarşılanan vergilər tətbiq olunub: MARAQLI FAKTLAR

Tarix insanların təəccüblənməsinə səbəb olan qəribə hadisələrlə doludur. Bu qəribəliklərdən biri də günümüzün ən böyük problemlərindən biri olan vergidir. Vergi məsələsi günümüzdə normal qaydalarda və sahələrdə tətbiq olunsa da keçmişdə bir qədər fərqli olub.

Media1.az Musavat.coma istinad edərək  tarixin ən qəribə vergiləri haqqında maraqlı faktları diqqətə çatdırır.

Yağ vergisi

Tarixdəki ən qəribə vergi siyahısına ilk olaraq Qədim Misir liderlik edir. Burada vergidən yayınma və yalan ifadələr şallaqlama və ölümlə cəzalandırılıb. Bununla birlikdə bir neçə yazıçılar taxıldan pivəyə, Nil boyunca nəqliyyata qədər hər şeyə görə vergilərin ödənilməsini təmin etmək üçün vəzifələndirilib. O dövrdə hər hansısa bir şəxs yemək yağını yenidən istifadə etmək istəsə yazıçılara diqqət yetirməli idi. Yemək yağının təkrar emalı qanunsuz olduğu üçün vəzifələndirilmiş yazıçılar evlərdə istifadə olunmuş yağları axtarırdılar. Bunu edən şəxs aşkarlandıqda sərt bir xəbərdarlıq və ya ev sahibini təzə yağ almağa, həmçinin müvafiq vergini ödəməyə məcbur edirdilər.

Tarihteki en tuhaf vergiler

Qorxaqlıq vergisi

Orta əsr İngiltərəsindəki bir cəngavər müharibədə mübarizə aparmaq istəmirdisə, pul ödəməklə bu müharibədə iştirak etməyə bilərdi. “Qorxaqlıq vergisi” adlandırılan bu ödəniş cəngavərin müəyyən bir döyüşdə hərbi xidməti keçməməsinə icazə verirdi. 1199 – 1216-cı illər arasında hökm sürən Kral Con bu vergidən sui-istifadə edib və ölkə müharibə şəraitində olmadığı halda cəngavərlərdən pul toplayıb.

Tarihteki en tuhaf vergiler

Subaylıq vergisi

Romanın ilk imperatoru Augustus üç və ya daha çox uşağı olan ailələri mükafatlandırır , 38 yaşından yuxarı subay kişilərə isə subaylıq vergisi tətbiq edirdi. Bu şəxslərin kütləvi oyunlarda iştirakı da qadağan olunurdu. Bənzər vergilər tarix boyu tətbiq edilib. 1695-ci ildə İngilis parlamenti 25 yaşından yuxarı subaylara və övladsız şəxslərə vergi tətbiq edib.

Bekarlık vergisi

Saqqal vergisi

İngiltərə kralı VIII Henri sübut olunmasa da saqqallara vergi topladığı iddia edilir. Lakin 1698-ci ildə Böyük Pyotr kimi tanınan Rus Çarı illik saqqal vergisi tətbiq edib. Yoxsulların ildə cəmi 2 rubl qarşılığında saqqal uzatmasına icazə verilirdi. Varlı vətəndaşlar 100 rubl ödəməli idilər. Vergidən yayınanların polis tərəfindən zorla saqqalları qırxılırdı. Vergi ödəyicilərinə isə mis sikkələr verildi. Bu mis sikkələr saqqallarına vergi verdiklərini sübut edirdi.

Sakal vergisi

Pəncərə vergisi

Pəncərə vergisi 1696-cı ildə İngiltərədə vətəndaşları mövcud sərvətlərinə görə vergi tutmağın bir yolu olaraq tətbiq edilib. Daha çox pəncərə daha böyük bir ev demək idi. Beləliklə daha çox pəncərəsi olan bir ev sahibi daha çox vergi ödəməli olacaqdı. Nəzəri baxımdan bunun mənası var idi, amma planlaşdırıldığı qədər baş tutmadı. Çünki pəncərənin tərifi məsələni çətinləşdirdi. Vergi ödəməmək üçün ev sahibləri pəncərələrini kərpiclərlə hörərək bağladılar. Bu, zəif işıqlandırma və zəif havalandırma ilə nəticələndi. İnsanlar tifus, çiçək, vəba kimi sağlamlıq problemləri yaşadılar. Daha sonra vergi 1851-ci ildə ləğv edildi. Beləliklə, pəncərə vergisi tarixin ən qəribə vergiləri arasında yerini aldı.

Tarihteki en tuhaf vergiler

Təkər izi vergisi

Bir dövr Avropada alınan bu verginin mahiyyətini təkər izi təşkil edirdi. Hətta öküz arabalarından belə alındığı söylənilir.

Parik vergisi ile ilgili görsel sonucu

İkinci ər vergisi

İspaniyada 14-cü əsrdə alınan bu vergini ikinci evliliyini edən qadınlar ödəyirdi.

Şapka vergisi

Son olaraq 1784-cü ildən 1811-ci ilə qədər İngiltərədə alınan bu vergi insanların şapka taxdığı üçün ödəmək məcburiyyətində olduqları vergi növü idi. Hər fərdin gəliriylə düz mütənasib bir dəyərdə şapka taxdığı və o nisbətdə vergi ödədiyi deyilir.

Parik vergisi

Venesiyada 15-ci əsrdə bu verginin alınmasına səbəb başı keçəl olanların bunu gizlətmək üçün daha çox parikdən istifadə etməsi olub. Bu halın artdığını görən hökumət vergi tətbiq edib.

Parik vergisi ile ilgili görsel sonucu

Bığ vergisi

Uruqvayda qısa bir müddətə etibarlı olan vergi də maraqlı vergilər arasında yerini almaqdadır. 1867-ci ildə kişilərdən alınan bığ vergisinin miqdarı bığın santimetrinə görə dəyişməkdə idi. Bığın hər sm-i üçün 2 peso alınırdı, lakin xalqdan olduqca sərt reaksiyalar gəldiyinə görə qısa müddət sonra ləğv edilmişdi.

Tarihteki en tuhaf vergiler

Gürcülər tərəfindən tətbiq olunan maraqlı vergilər

Gürcüstanda bir dönəm tarixdə görünməmiş bir vergi dalğası olub. Belə ki, Gürcülər müharibə borclarını ödəyə biləcəkləri hər bir şeyə vergi tətbiq ediblər. Vergilərinə bir çox əşyalar, xüsusilə kərpic, şam və saat daxil idi. Bu vergilər də tarixin ən qəribə vergiləri sırasındadır.

Turan Oruc